Yuxarı

Prezidentin mühüm çağırışı: kimlər dəstək verməlidir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin mühüm çağırışı: kimlər dəstək verməlidir?

Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışını edən Prezident İlham Əliyev Azərbaycanın özəl şirkətlərini sosial məsuliyyət daşımağa səsləyib. Prezident bildirib ki, Azərbaycan şirkətləri bu kimi sosial layihələrdə həmrəylik göstərməlidir.

Maraqlıdır, Azərbaycan şirkətləri sosial layihələrdə hansı səviyyədə iştirak edir?

Mövzunu Axar.az-a şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, Prezidentin bu çağırışı olduqca önəmlidir və böyük təşviqdir. Ekspert həmçinin bu çağırışdan sonra qanunvericilikdə müəyyən dəyişiklik edilməsi gərəkdiyini qeyd edib.

İqtisadçı vurğulayıb ki, dünya təcrübəsinə əsasən, sosial məsuliyyətlə bağlı hüquqi tənzimləmə var:

“Özəl şirkətlərin üzərinə sosial məsuliyyət qoyan hüququ normalar olur. Bir neçə il öncə bu məsələ elə də aktual deyildi və daha çox könüllü xarakter daşıyırdı. Son onillikdə bu təşəbbüs daha geniş yayılmağa başlayıb. Müxtəlif normativ aktlar, hüquqi baza vasitəsilə şirkətlərin üzərinə müəyyən sosial məsuliyyət qoyulub.

Ancaq xüsusilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda transmilli, böyük imkanlara malik özəl şirkət yoxdur və ya çox azdır. Məsələn, bizim böyük sosial layihələr həyata keçirmək gücü olan və keçirən transmilli şirkətimiz SOCAR-dır ki, o da dövlət qurumudur. Özəl sektordakı şirkətlərin əksəriyyətinin isə belə iri layihələr həyata keçirmək imkanı geniş deyil”.

İqtisadçı qeyd edib ki, Prezidentin çağırışı yalnız sosial ev tikmək anlamında başa düşülməməlidir:

“Prezident çıxışında “sosial məsuliyyət” sözünü təsadüfən işlətmədi. Yəni sosial məsuliyyət heç də haradasa bina tikmək deyil və ya yalnız bundan ibarət olmamalıdır. Yaxşı olardı ki, özəl şirkətlər istedadlı gənclərin unikal ixtisaslara yiyələnməsi üçün xaricdə təhsil almasına vəsait ayırsın, ölkə daxilində müalicəsi mümkün olmayan xəstəlikdən əziyyət çəkənlərin xaricə göndərilib əməliyyatı üçün müstəqil, özəl sosial səhiyyə fondu yaradılsın və s. Yəni özəl sektor sosial məsuliyyəti hiss etsə, onun həm dövlət tərəfdən himayəsi artar, həm də ictimai nüfuz qazanar”.

Tarix
2019.10.10 / 11:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla