Yuxarı

Azərbaycan bu təşkilatda iştirakçı statusu əldə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində (DAC) iştirakçı statusu əldə edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, ölkəmiz OECD/DAC ilə 2015-ci ildən etibarən əməkdaşlıq edir və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən aparılan iş nəticəsində Azərbaycan bu mötəbər qurumda artıq iştirakçı olaraq təmsil olunur.

OECD/DAC inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir. Hal-hazırda Azərbaycanla yanaşı, təşkilatın iclaslarında cəmi 6 ölkə iştirakçı statusunda təmsil olunur (Bolqarıstan, Küveyt, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri).

AIDA tərəfindən 2016-cı ildən etibarən hər il təşkilata təqdim olunan Azərbaycanın Rəsmi İnkişafa Yardımı (Official Development Assistance/ODA) üzrə hesabat OECD tərəfindən nəşr olunan İnkişaf üzrə Əməkdaşlıq Hesabatında əks olunur və bu da ölkəmizin digər aparıcı dövlətlər ilə birlikdə beynəlxalq səviyyədə donor dövləti kimi nüfuzunun daha da möhkəmlənməsinə səbəb olur. OECD/DAC iclaslarında iştirakçı statusunda təmsil olunmaq donorlar ailəsinin yeni üzvünə çevrilmiş Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların əldə edilməsinə xidmət edəcəkdir.

Ölkəmizin yüksək statusda – iştirakçı olaraq dünyanın aparıcı və ən yüksək iqtisadi göstəricilərə malik olan ölkələri birləşdirən bu mötəbər qurumda təmsil olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi yüksəlişinin bariz nümunəsidir.

Tarix
2019.10.16 / 22:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla