Yuxarı

İlham Əliyev iki ölkə liderinə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:26

Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrik məktubunda deyilir: "Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

20:02

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyva təbrik məktubu göndərib.

Təbrik məktubunda qeyd edilir: "Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Avstraliya münasibətləri yeni inkişaf mərhələsinə daxil olmuşdur. Ölkələrimiz arasında intensivləşən siyasi əlaqələr iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar açmışdır. Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik".

Tarix
2015.01.24 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla