Yuxarı

Suriyadan Dağlıq Qarabağ açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fürsətdən istifadə edib, Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Eyni zamanda Venesuelaya sədrliyi uğurla icra etdiyi üçün minnətdarıq.

Axar.az xəbər verir ki, bu sözləri Qoşulmama Hərəkatının Bakı sammitində çıxışı zamanı Suriya Ərəb Respublikasının Xarici İşlər nazirinin müavini Feysəl əl-Mikdad bildirib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada özünəməxsus rol oynayıb:

“ABŞ-ın, yaxud digər ölkələrin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Venesuela, Nikaraqua, Boliviya kimi ölkələrdə keçirilən seçkinin nəticələrinin tanınmasına çalışmalıyıq. Mənim dövlətim QH-yə inanır. Biz müttəfiqlərin və Azad Suriya Ordusunun dəstəyi ilə ərazimizdə yaranan təhlükə zonalarını yaxşı bilirik. Terrorçuluq bütün beynəlxalq ictimaiyyət üçün böyük bir təhdiddir. Təbii ki, burada Nüsrə Cəbhəsi, İŞİD bu gün bizim dövlətin təhlükəsizliyini sual altına qoyur. Bu gün elə etməliyik ki, sərhəd tanımayan bu bəla yayılmasın. Bu, xüsusilə inkişafda olan ölkələrə aiddir. Biz terrorçuluğa qarşı birgə mübarizə aparmalıyıq. Biz bu mübarizədə yekdil olmalıyıq. Xüsusən terrorçuluğa qarşı mübarizəni bu və digər ölkənin daxili işlərinə qarışmaq üçün səbəb kimi istifadə etməli deyilik. Bizim ölkəmiz bu gün ərazi bütövlüyü baxımından çox böyük çətinliklərlə üzləşir. ABŞ-ın bu gün apardığı əməliyyatlar birtərəfli əməliyyatlardır. Onlar beynəlxalq hüququ kobud şəkildə pozurlar. Mənim ölkəm QH-yə dərin təşəkkür edir. Hərəkat Türkiyənin də müdaxiləsinin qarşısının alınmasına öz dəstəyini göstərib. Suriyanın ərazi bütövlüyü qorunub saxlanılmalıdr. Biz ölkəmizi Türkiyənin hücumundan qorumalıyıq. Cənab Ərdoğan və cənab Tramp sülhyaratma prosesinə mane olmalı deyillər. Biz istəyirik ki, ərazimizdən bütün xarici dövlətlərin nümayəndələri çıxarılsın”.

Feysəl əl-Makdad İsraillə münasibətlər barədə danışıb:

“Qolan yüksəkliyində baş verən hadisələr yerli əhali üçün böyük bir problem mənbəyidir. Bütün bunlar çox təhlükəli ssenarini formalaşdırrır. Ərazi bütövlüyümüzə edilən qəsd göz önündədir. Biz beynəlxalq hüququn qorunmasında öz mövqeyimizdə sadiqik. BMT TŞ-nın 497 və 382 saylı qərarlarda Suriyanın ərazi bütövlüyü dəstəklənir. Prezident Trampın Qolan yüksəkliyini İsrail ərazisi kimi tanımasının heç bir hüquqi əsası yoxdur. Çünki Qolan yüksəklikləri Suriyanın ərazisidir. Onun ərazisində aparılan əməliyyatlar Suriya hökumətinin mövqeyini dəyişmir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyümüzü bərpa edəcəyik. Fələstin məsələsində ABŞ və tərəfdarları oyunbazlıqla çalışır ki, öz məqsədlərinə nail olsun. Onlar hər zaman bununla məşğul olublar. Onlar Rusiyaya, Suriyaya, Kubaya münasibətdə bunu illərdir tətbiq eidrlər. Biz bu cür hərəkətləri birmənalı şəkildə qınayırıq. ABŞ-ın dəstəyi olmasaydı, İsrail bu hərəkətləri edə bilməzdi”.

Suriyalı nazir müavini Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb:

“Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipi əsas götürülməldir. Biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tərəfindəyik və onun ərazi bütövlüyünü dəstəkləyirik. Həmçinin, Minsk Qrupunun fəaliyyətinə istinad edirik.

Qarşıdakı sədrlik dövründə Azərbaycana uğurlar arzulayıram”.

Tarix
2019.10.26 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Omanı təbrik etdi

Qara siyahıda olan Pallone Bakıya necə gəlib?

İrandan Azərbaycana qarşı həyasız iddia

Prezident Patrisia Canet Skotland ilə görüşdü

İlham Əliyev Palau prezidenti ilə görüşdü

İcazə verildi, gedişat dəyişir, Rusiyaya zərbələr başlayır

Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb?

Baydenin “son pisliyi”: Rusiyanın vurulması başladı

Prezident Siluanov və Slutski ilə görüşdü

İlham Əliyev Oman Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla