Yuxarı

Azərbaycanın QH-yə sədr seçilməsi bunun sübutudur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşünün keçirilməsi, şübhəsiz ki, təkcə bizim ölkənin deyil, bütün dünya ictimaiyyətinin siyasi həyatında ən vacib hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva Qoşulmama Hərakatı haqqında danışarkən deyib. O bildirib ki, heç bir hərbi və siyasi bloklarda iştirak etməyən, öz prioritetləri və gündəlikləri olan ölkələri birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi təsisatdır:

“Qoşulmama Hərəkatı bizim üçün mövcud beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi, habelə yeni ikitərəfli münasibətlərin qurulması və təbii ki, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından bir növ siyasi arenadır. Qoşulmama Hərəkatının əsaslandığı, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev böhran, münaqişə və beynəlxalq siyasətin digər problemli mövzularının böyük əksəriyyətinin həllinin qarantı olan beynəlxalq hüququn norma və müddəalarına riayət edilməsinin vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı açıq şəkildə bildirib ki, münaqişələrin böyük əksəriyyətinin səbəbi dünya siyasətindəki ikili standartlardır”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev nitqində Azərbaycanın xarici siyasətinin prioritetlərini təfərrüatlı şəkildə izah etdi:

“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyət perspektivlərinə, ölkəmizdə baş verən hadisələrə ətraflı yer ayırdı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı təfsilatı ilə danışdı. Prezident İlham Əliyevin BMT-də beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi və onlara riayət olunması ilə bağlı səylərin göstərilməsi, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qarşısının alınması, ölkələrin ərazi bütövlüyünün pozulmasına yönəlik islahatların keçirilməsinə dair çağırışı da beynəlxalq siyasətdə ikili standartlara qarşı mübarizənin zəruriliyindən qaynaqlanıb. Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Azərbaycanın bu təşkilatda iştirakı bir növ nümayiş etdirir ki, bizim üçün hər hansı hərbi bloklara üzvlük heç bir maraq kəsb etmir. Azərbaycanın xarici siyasətinin əsas məqsədi bərabərhüquqluluq, qarşılıqlı fayda kəsb edən əməkdaşlıq, qarşılıqlı maraq və dəstəyə əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsidir. Münaqişə qurbanı olan Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət sayəsində qısa müddət ərzində yardım alan ölkədən həm humanitar, həm də iqtisadi yardım edən ölkəyə çevrilib".

S.Fətəliyeva bildirib ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə humanitar və elmi-texniki dəstək göstərilməsi ölkəmiz tərəfindən ikiqat səylə davam etdiriləcək:

"Azərbaycan yardıma ehtiyac duyan ölkə və xalqların köməyinə çatmağa hazır olduğunu təkcə sözdə deyil, əməli olaraq da nümayiş etdirir. Bu da bir daha sübut edir ki, ölkəmiz üçün sözlərlə əməllər hər zaman üst-üstə düşür. Azərbaycanın bu yaxınlarda ölkəmizdə Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı möhkəm mövqeləri, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlardakı mövqeyi, şübhəsiz ki, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsində böyük rol oynayacaq, habelə Azərbaycanın iqtisadi münasibətlərinin inkişafına yardım edəcək. Azərbaycan bir daha sübut edir ki, bu cür fərqli ölkələri bir arenada birləşdirmək, planetimizdə sülh və təhlükəsizlik naminə onlar arasında dialoqu təmin etmək iqtidarındadır. Ölkəmizin Qoşulmama Hərəkatına sədr seçilməsi Bakının bu rolunun getdikcə dünyada daha çox qəbul edilib dəstəklənməsinin parlaq təzahürüdür. Sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə dünya miqyasında göstərilən hörmətin, inamın və etimadın göstəricisidir”.

Tarix
2019.10.29 / 08:15
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla