Yuxarı

Həsənlinin ABŞ uğursuzluğu: 10 nəfərlə tədbir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsənlinin ABŞ uğursuzluğu: 10 nəfərlə tədbir...

Milli Şura və AXCP-nin noyabrın 2-də Bakı şəhərinin mərkəzində təyin etdiyi qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi aksiyanın əhali tərəfindən dəstəklənməməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov müxalifətin noyabrın 2-nə təyin etdiyi mitinqi təxirə salması haqqında danışarkən deyib. O bildirib ki, radikal müxalifət elektoratı olmadığı üçün aksiyaları icra orqanı tərəfindən müəyyən edilmiş yerlərdə keçirməkdən qorxur:

“Radikal müxalifət 2 noyabr tarixində “19 oktyabr ssenarisi”ni təkrarlamaq istəyində idi. Müxalifətin heç bir potensialı olmadığına görə, paytaxtın mərkəzində aksiya təşkil etməklə kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratmağa çalışırdı. Amma oktyabrın 19-da keçirilmiş aksiyanın iflasından sonra guya hakimiyyətin mitinqin təşkilatçıları və iştirakçılarına qarşı “repressiv metodlardan” istifadə etməsi barədə iddialarla əhalinin dəstəyini qazanmaq cəhdləri heç bir nəticə vermədi. Həmçinin, oktyabrın 19-dan bu günə qədər müxalifətin sosial şəbəkələrdə apardığı təbliğat, aksiyaya ardıcıl çağırışlar cəmiyyətdə yalnız neqativ emosiyalar doğurdu. Bu baxımdan radikal müxalifət noyabrın 2-də keçirəcəyi mitinqdən imtina etdi”.

E.Nəsirov bildirib ki, radikal müxalifət başçıları anladı ki, əhalinin dəstəyi olmadığı halda, populist bəyanatlarla yalnız növbəti dəfə özlərini ifşa edəcəklər və iflasa uğrayacaqlar:

“İddia olunan “təxribat” hazırlığı barədə hekayələr icazəsiz mitinqin təşkilatçılarının tam uğursuzluqlarını əsaslandırmağa göstərdikləri cəhddən başqa bir şey deyil. Hesab edirəm ki, hətta radikal müxalifətə üstünlük verən bəzi xarici antiazərbaycan dairələr də bunlara hər hansı ciddi dəstəyin göstərilməsinin perspektivli olmadığını anladılar. Cəmil Həsənlinin Vaşinqtonda cəmi 10 nəfərlə keçirdiyi uğursuz tədbir bunun bariz nümunəsi oldu”.

Millət vəkili bildirib ki, vətəndaşlar Prezident İlham Əliyev tərəfindən onların problemlərinin həlli istiqamətində operativ tədbirlər görüldüyünü görür və buna görə də hər hansı məsələnin həlli üçün radikal metodları məqbul saymır:

“Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkənin və hər bir vətəndaşın həyatında inqilabi dəyişikliklərə səbəb olub. Vətəndaşlar hesab edirlər ki, həyata keçirilən siyasətin alternativi yoxdur. Buna görə də onlar ictimai-siyasi sabitliyin, təhlükəsizlik mühitinin, dinamik inkişaf tendensiyasının pozulmasına səbəb ola biləcək radikal təşəbbüslərə qarşı açıq çıxış edirlər. Həmçinin, xalq sosial sahədə atılan inqilabi addımları yüksək qiymətləndirir, həyata keçirilən islahatların perspektivinə inanır və Azərbaycan

Tarix
2019.11.02 / 14:26
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla