Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
10 Dekabr 2019


Zülfüqarov: Lavrovdan Qarabağla bağlı təhlükəli cəhd... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:41

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində əsas məqsəd Dağlıq Qarabağ münaqişəsində danışıqlar formatını dəyişməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan XİN-in sabiq rəhbəri, politoloq Tofiq Zülfüqarov deyib. O, Rusiyanın Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərməyə çalışdığını söyləyib:

“Belə görünür ki, Lavrovun İrəvana səfərinin əsas məqsədi danışıqlar prosesində 1998-ci ilə qədər olan formatı bərpa etməkdir. O vaxtlar format belə idi ki, Dağlıq Qarabağı münaqişədə müstəqil tərəf kimi qələmə verməyə çalışırdılar. Bəzi məqamlarda Rusiya siyasəti buna nail olurdu. Amma 1998-ci ildə Moskvada Ermənistan Prezidenti Robert Köçəryan və Azərbaycan Prezidenti Heydər Əliyev qərara gəldi ki, danışıqlar iki dövlət başçısı arasında aparılsın. Bu, çox vacib bir məsələdir. Paşinyanın ikili bəyanatları ona gətirib çıxarıb ki, artıq o birmənalı olaraq işğal olunmuş ərazilərin Ermənistanın tərkib hissəsi olduğunu söyləyir. Lavrov isə deyir ki, Qarabağ müstəqil tərəfdir”.

Politoloq Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə münasibətinin düzgün olmadığını bildirib:

“Lavrovun istəyi odur ki, Ermənistanın mövqeyini gücləndirmək üçün üçtərəfli danışıqlar formatını bərpa eləsin. Biz nəyə görə 20 ildən çox sınaqdan keçmiş danışıqlar formatını dəyişməliyik? Qəribəsi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinə Lavrovun bu bəyanatına dəstək olaraq göstərir ki, Qarabağda həm Azərbaycan, həm də Ermənistan icması yaşayıb. Bu, yanlış olaraq 1998-ci ildə olan formata hazır olmağımız kimi anlaşıla bilər”.

Politoloqun sözlərinə görə, Lavrov üçtərəfli danışıqlar formatını bərpa etməklə Azərbaycanı torpaqlarımızın qaytarılacağına inandırmağa çalışır:

“Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı qeyd eləmişdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var. Prezident həmçinin ona işarə eləmişdi ki, biz Dağlıq Qarabağı danışıqlar tərəfi kimi tanımaq niyyətində deyil. Azərbaycan tərəfi də öz mövqeyində bildirib ki, proses dayanıb, danışıqlar getmir və Paşinyanın bəyanatları anneksiya siyasətidir. Əlbəttə ki, buna cavabdeh olan Lavrova tapşırıq verilib. Lavrov da ermənipərəst mövqeyindən irəli gələn bəyanatlar verir. Lavrov danışıqların formatını dəyişməklə hansısa irəliləyişin mümkün olacağını göstərməyə çalışır. Guya ki, Ermənistan bunun əsasında torpaqları qaytarmağa razılaşacaq. Amma təbii ki, bu, həqiqətdən uzaq bir məsələdir. Çünki format dəyişsə belə, ermənilər yenə də torpaqları qaytarmamaq üçün bəhanə tapacaqlar. Lavrovun İrəvandakı bəyanatlarını bu vəziyyəti təsdiq edən element kimi şərh etməliyik”.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov noyabrın 10-da Ermənistana səfər edib.

Tarix
2019.11.12 / 17:32
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu müxalifət partiyası da qərarını verdi: Seçkiyə gedir

Bakının mövqeyi budur ki, "Qazprom"la rəqabət... - Pritçin

Rusiyadan Bakı ilə "yol xəritələri" barədə mühüm - Şərh

ABŞ-dan Ermənistana şok: Kütləvi şəkildə rədd edildi

Pakistanın Bakıdakı səfirinin missiyası başa çatdı

Bakı ilə AB arasında yeni saziş... - Deputat

Aprel məğlubiyyətinin səbəbi: Sərkisyan hesabat verəcək

Azərbaycanla Rusiya arasında protokol imzalandı

Bu, bütün sahələrdə özünü büruzə verir - Bülbüloğlu

Dövlət bayrağı ilə bağlı Əsədovdan - Sərəncam

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla