Yuxarı

İlham Əliyev: Gəncəlilərə söz vermişdim ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: Gəncəlilərə söz vermişdim ki...

Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?

Axar.az xəbər verir ki, bu sualları Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova ünvanlayıb. C.Qurbanov isə öz növbəsində Prezidentin suallarını cavablandırıb:

Cavid Qurbanov: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.

Prezident İlham Əliyev: 12 min?

Cavid Qurbanov: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.

Prezident İlham Əliyev: Bəli, mən getmişəm o yolu, çox rahatdır.

Cavid Qurbanov: Sürəti də 140-a artırmaq istəyirik.

Prezident İlham Əliyev: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.

Cavid Qurbanov: Bəli, hamısı işləyir.

Prezident İlham Əliyev: Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.

Cavid Qurbanov: Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.

Prezident İlham Əliyev: Neçə saata gedir?

Cavid Qurbanov: Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.

Prezident İlham Əliyev: Üç saata?

Cavid Qurbanov: Bəli.

Prezident İlham Əliyev: Çox gözəl.

Tarix
2019.11.13 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla