Yuxarı

İlham Əliyev Qalkinin yaradıcılıq gecəsində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq gecəsi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq gecəsində iştirak ediblər.

Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahnı ilə çıxıb. Azərbaycan Respublikasının Prezidentini və birinci xanımı bu zalda salamlamağın onun üçün şərəf olduğunu deyən Maksim Qalkin Bakıya tez-tez gəldiyini, şəhərimizin ildən-ilə daha da gözəlləşdiyini vurğulayıb. Azərbaycan dilini sevdiyini qeyd edən şoumenin ana dilimizdə “Azərbaycan dilini öyrənmişəm. Mən Azərbaycan dilində danışıram. Amma nə danışıram, özüm bilmirəm”, - deməsi gülüş, zarafat dolu bir gecənin başlanğıcından xəbər verib.

Maksim Qalkin tamaşaçılar qarşısında stəndap şousu ilə çıxış etdi. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filip Kirkorov, Valeri Meladze, Toto Kutuqno, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim edib.

Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi olub. Dünya şöhrətli sənətkar Alla Puqaçovanın repertuarından “Arlekino” mahnısını oxumasını da tamaşaçılar alqışlarla qarşılayıb.

Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur. Bu axşam da istisna olmadı.

Gecənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Maksim Qalkinlə görüşüblər.

İki saat davam edən gecədə tamaşaçı gülüşünün, sevinc əhval-ruhiyyəsinin ardı-arası kəsilmirdi. Yaradıcılıq axşamı hər kəsə xoş əhval-ruhiyyə bəxş edib.

Qeyd edək ki, Maksim Qalkinin artistlik debütü 1994-cü ildə Moskva Dövlət Universitetinin Tələbə Teatrında olub. Həmin il o, həmçinin Estrada Teatrında "Debütlər, debütlər, debütlər" proqramında çıxış edib. O vaxtdan artistlik karyerasına uğurla davam edən Maksim Qalkin 2001-ci ildə Rusiyada "Triumf" və "Qızıl Ostap" mükafatlarını alıb. Həmin il "Vitebskdə Slavyan bazarı" festivalında ilk solo konsertini verib. O vaxtdan solo çıxışları mütəmadi xarakter alıb. 2001-ci ilin oktyabrında özünü yeni ampluada - mahnı ifaçılığında sınayıb. Onun ilk vokal təcrübəsi Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilə birlikdə oxuduğu "Bud ili ne bud" (Будь или не будь) mahnısı olub. Maksim Qalkin, həmçinin bir sıra televiziya proqramlarının aparıcısı kimi məşhurlaşıb. Onun səhnə çıxışları anşlaqla keçir, telelayihələrdə iştirakı isə yüksək reytinqi təmin edir.

Maksim Qalkinin indiyədək Bakıda verdiyi konsertlərin hər biri tamamilə yeni və fərqli olub.

Tarix
2019.11.16 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla