19:19
Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin
yaradılması haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir ki, "Neftçala rayonunda Neftçala Sənaye
Məhəlləsi yaradılsın.
2. Müəyyən edilsin ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi
ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye
sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət
müəssisələri yaradılır.
3. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və
tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar
Cəmiyyəti həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar
torpaq sahəsinin icarəyə vermək hüququ ilə "Azərbaycan İnvestisiya
Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini
iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyi:
5.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini,
torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və
daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su,
kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal
təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri)
təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata
keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək
məqsədi ilə zəruri tədbirlər görsün;
5.2. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili,
tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları
üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı
tədbirlərin həyata keçirilməsini təmin etsin;
5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin".
20:51
Prezident İlham Əliyev Azərbaycan Respublikasından olan
iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində
Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Aşağıdakı şəxslər "1941-1945-ci illər
Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə
təltif edilsinlər:
SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi
cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular
və muzdla xidmət etmiş mülki şəxslər;
Faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər;
Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət
etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində
qələbəyə görə" və "Yaponiya üzərində qələbəyə görə" medalları ilə
təltif olunmuş, həmçinin "1941-1945-ci illər Böyük Vətən
müharibəsində Almaniya üzərində qələbəyə görə" medalının vəsiqəsi,
yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər;
Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ
ordenləri, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli
əməyə görə", "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə",
"Leninqradın müdafiəsinə görə", "Moskvanın müdafiəsinə görə",
"Odessanın müdafiəsinə görə", "Sevastopolun müdafiəsinə görə",
"Stalinqradın müdafiəsinə görə", "Kiyevin müdafiəsinə görə",
"Qafqazın müdafiəsinə görə", "Sovet Zapolyaryesinin müdafiəsinə
görə" medalları ilə təltif olunmuş şəxslər;
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə
görə" medalının vəsiqəsi olan şəxslər;
"Blokadada olan Leninqrad sakininə" nişanı ilə təltif olunmuş
şəxslər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70
illiyi" yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə
əlaqədar tədbirlər görsün;
Yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının
tərtib edilməsini və medalların təqdim olunmasını təmin etsin".
21:38
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Vergilər
Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli
665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir ki, ""Azərbaycan Respublikası Vergilər
Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli
665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 3, maddə 195; 2005-ci il, № 11, maddə 1049;
2009, № 9, maddə 713; 2013-cü il, № 7, maddə 822) 1-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
"1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının
aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının vergilər naziri.
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının
rəhbəri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və
strateji araşdırmalar baş idarəsinin rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və
sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin
rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş
idarəsinin rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili
təhlükəsizlik baş idarəsinin rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş
idarəsinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi
Rejimli Vergi Xidməti Departamentinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi
Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı
Vergilər Departamentinin rəisi.".
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Strukturu"nda dəyişiklik edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul
tarixli 1654 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu"nun 3-cü
hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
Fərmanlar:
"Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında da fərman imzalanıb.
Fərmanda qeyd edilir:
1. "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 383; 2003,
№ 10, maddə 546; 2007, № 2, maddə 87) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"2. Müəyyən edilsin ki:
2.1. "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun
14-cü maddəsinin ikinci hissəsində və 33-cü maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 9-cu
maddəsinin üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və on
birinci hissələrində, 10-cu maddəsinin altıncı hissəsində, 11-ci
maddəsinin beşinci, altıncı və səkkizinci hissələrində, 12-ci
maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsinin
birinci cümləsində, üçüncü hissəsinin ikinci cümləsində, altıncı və
yeddinci hissələrində, 19-cu maddəsinin yeddinci və doqquzuncu
hissələrində, 23-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin
ikinci hissəsində, 28-ci maddəsinin üçüncü hissəsində, 30-cu
maddəsinin üçüncü hissəsində, 32-ci maddəsinin altıncı hissəsində
və 38-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 9-cu
maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində,
11-ci maddəsinin üçüncü hissəsində, 12-ci maddəsinin beşinci,
doqquzuncu və onuncu hissələrində, 16-cı maddəsinin ikinci
hissəsində, 17-ci maddəsinin səkkizinci abzasında, 18-ci maddəsinin
üçüncü hissəsində, 19-cu maddəsinin beşinci, onuncu və on birinci
hissələrində, 20-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin
birinci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin ikinci
hissəsinin səkkizinci abzasında və 29-cu maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 13-cü maddəsinin dördüncü hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
(Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq
sahələri istisna olmaqla) Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla, yerli icra
hakimiyyəti orqanları həyata keçirirlər;
2.5. həmin Qanunun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi və yerli icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla,
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
həyata keçirir;
2.6. həmin Qanunun 24-cü maddəsinin birinci hissəsinin üçüncü
abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"
Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;
2.7. həmin Qanunun 35-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir."
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun
23-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, mühüm balıqçılıq su
obyektlərinin siyahısını və sudan istifadənin məhdudlaşdırılması
qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
22:01
"Veteranlar haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə