Yuxarı

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Ermənistanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi ola bilməz. Əvvəlki kimi olmaq üçün Ermənistan yenidən münaqişəyə cəlb olunmalıdır. Ermənistanda sülh mühiti olduğu müddətcə Rusiya ilə münasibətlər də əvvəlki kimi olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, indi Ermənistanın təhlükəsizlik siyasətinin əsasını dövlətin legitimliyi təşkil etməlidir:

“Ermənistanın beynəlxalq münasibətlərdəki siyasəti legitim və əsaslandırılmış olmalıdır, çünki yalnız bu halda ölkənin zəifliklərini azaltmaq və təhlükəsizlik risklərini daha effektiv şəkildə idarə etmək mümkün olacaq”.

Paşinyan bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlər artıq əvvəlki məntiqlə qurula bilməz, çünki əvvəlki münasibətlərin formatı münaqişənin şərtləri ilə bağlı idi. Əgər Ermənistanda sülh mühiti qorunursa, iki ölkə arasındakı münasibətlər də bu yeni reallığa uyğun olmalıdır.

O qeyd edib ki, Ermənistan Rusiya ilə əlaqələri kəsmək niyyətində deyil. Əksinə, İrəvan bu münasibətləri inkişaf etdirmək və dərinləşdirmək istəyir, amma artıq yeni mühitdə və dəyişmiş şərtlər altında.

Tarix
2026.09.19 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla