Yuxarı

6 erməni hərbçisinin məhv edildiyi görüntü - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
6 erməni hərbçisinin məhv edildiyi görüntü - Video

Yanvar ayının 31-də cəbhədə təxribat törədən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının məhv edildiyi əməliyyatın görüntüləri yayılıb.

APA-nın məlumatına görə, sosial şəbəkələrdə yayımlanan videoda 31 yanvar saat 15:00-də Qazax rayonu istiqamətində cəbhə xəttində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd edən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv olması görünür.

Videoda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının minaya düşmələri aydın bilinir. Erməni hərbçilər ağaclıq və kolluq sahə ilə Azərbaycan Ordusunun mövqelərinə doğru yaxınlaşarkən minaya düşürlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı bildirilib ki, bu video cəbhədə təxribat törətməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin verdiyi itki barədə Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 31-də yaydığı məlumatı bir daha təsdiq edir.

"Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədirdi. Onlar digər hadisələri, itkiləri beləcə öz ictimaiyyətindən gizlətməyə çalışırlar", - deyə MN-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan MN-in cəbhənin Qazax rayonu istiqamətində minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv edilməsi barədə yaydığı xəbər Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmiş və belə bir hadisənin baş vermədiyi bildirilmişdi.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə ötən gün keçirilən genişmiqyaslı hərbi təlimdə çıxışı zamanı qısa müddət ərzində 20-dən çox erməni hərbçinin cəbhədə məhv edildiyini bəyan edib.

Tarix
2015.02.04 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla