Yuxarı

Parlament seçkiləri nə vaxt keçiriləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident parlamentin buraxılması ilə bağlı sərəncam imzaladıqdan sonra növbədənkənar parlament seçkilərinin minimum hansı müddətə keçirilməsi ilə bağlı qanunvericilikdə heç bir müddəa yoxdur.

Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Prezident İlham Əliyevin Milli Məclisin buraxılması ilə bağlı sərəncam imzalamasından sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixlə bağlı danışarkən deyib.

F.Mehdiyev bildirib ki, Seçki Məcəlləsinin 145-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98-1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir:

“Qanunda bununla bağlı konkret vaxt göstərilmədiyi üçün Prezident parlamentin buraxılması ilə bağlı sərəncam imzaladıqdan sonra seçkilərin vaxtını da özü müəyyən edəcək”.

Qeyd edək ki, Milli Məclis buraxılması barədə qərarın təsdiqi üçün Prezidentə göndərib. Prezident isə bu qərarın Konstitusiyaya uyğun olub-olmadığını müəyyənləşdirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsi müraciətə baxılması üçün 4 dekabr saat 12:00-a proses təyin edib.

Tarix
2019.12.04 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla