Yuxarı

Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir. Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən bildirib.

"Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, əhali artır və sovet dövründən sonra - müstəqillik illərində təqribən 30 faizə yaxın artıbdır, 7 milyondan 10 milyona çatıbdır. Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun.

Hacıqabul rayonunun potensialının inkişafı üçün mənim göstərişimlə Hacıqabul sənaye zonası yaradılır. Bu zonanın böyük potensialı olacaqdır və orada xüsusi güzəştlər rejimi tətbiq ediləcəkdir. Bilirəm ki, bu, sahibkarlar tərəfindən də yüksək qiymətləndirilir. Belə təcrübə artıq var, həm Sumqayıtda, həm Neftçalada, Masallıda, digər şəhər və rayonlarımızda. Mingəçevirdə sənaye zonaları yaradılıbdır və yaradılır. Ona görə sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir. Digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan layihələr icra edilməlidir. Kənd təsərrüfatında məhsuldarlığın artımı gündəlikdə duran əsas məsələlərdən biridir. Hesab edirəm ki, bu il biz rekord göstəriciyə nail olmuşuq. Taxılçılıqda orta məhsuldarlıq hər hektardan 32 sentner olubdur. Bu, son illər ərzində ən yüksək nəticədir və daha da artacaq. Pambıqçılıqda hələ ki, yığım başa çatmayıb, az qalıb, amma artıq hektardan 29 sentner pambıq götürmüşük. Pambıqçılar yaxşı bilirlər ki, Azərbaycan tarixində cəmi üç, ya dörd il məhsuldarlıq 30 sentnerə yaxın, yaxud da ondan çox olmuşdur. Onlardan biri də 2019-cu ildir. Ona görə kənd təsərrüfatı, xüsusilə indi, - əlbəttə, bu, Hacıqabul rayonuna aiddir, - inkişaf etməlidir", - Prezident söyləyib.

Tarix
2019.12.05 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İSESKO-nun baş direktoru Azərbaycana gəldi

XİN-dən Bayraq Günü münasibətilə paylaşım - Foto

Tuvalunun baş naziri Azərbaycana gəldi

Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır

Hilda Heine Bakıya gəldi

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Sadır Japarov Azərbaycana gəlir

Filip İsdor Mpanqo Bakıya gəldi

Ukraynada savaş belə bitir – Trampın planı

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla