Yuxarı

Lamiyə işi: siqaret, çaydan hücumu və…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyə işi: siqaret, çaydan hücumu və…

Məhbus Lamiyə Quliyevanın azadlığa çıxmasına aparan proseslə bağlı yeni xəbərlər yayılır. Bu məlumatlar sırasında Quliyevaya açılan ikinci cinayət işinin bəzi detalları məlum olub.

APA yazır ki, Lamiyə olduğu 4 saylı cəzaçəkmə müəssisəsinin tualetində siqaret çəkib. Bu zaman Aysel adlı nəzarətçi ona siqaret çəkməyin qadağan olduğunu deyib. Lakin Lamiyə onu təhqir edib və nəzarətçi xidməti otağa gedib. Lamiyə isə arxasınca otağa daxil olub, sobanın üzərində olan isti çaydanı götürərək nəzarətçiyə atıb.

Həmin çaydanın ona dəymədiyini gördükdə isə ikinci çaydanı götürərək ona tərəf atıb. Nəzarətçi xəsarət alıb, tibbi ekspertiza təyin olunub. Ekspert nəzarətçinin bədənində xəsarət olması barədə rəy verib.

Quliyeva barəsində Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) maddəsi ilə növbəti cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə 2010-cu il avqustun 6-da 6 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarılıb.

Ancaq proseslərin gedişatı belə deməyə əsas verir ki, Lamiyə cəzasını başa vurmadan azadlığa çıxa bilər. Vəkili Fəxrəddin Mehdiyev də "Modern.az"a deyib ki, verilən apelyasiya şikayətindən sonra mütləq şəkildə hökm dəyişdiriləcək və cəza yüngülləşəcək:

"Amma bu qərar məhkəmədən asılıdır. Çox güman ki, növbəti həftənin əvvəlində məhkəmənin günü, işin hansı hakimin icraatında olacağı bilinəcək. Lamiyə Quliyeva ilə görüşdüm. O özünün və övladının qaldığı şəraitdən razıdır, hər ikisinin səhhəti normaldır".

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən, L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər.

Tarix
2015.02.06 / 14:13
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla