Yuxarı

ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi ölkəni tərk edib – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi ölkəni tərk edib – Özəl

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik idarəsinin rəisi general Rəşad Əliyev qeyri-müəyyən səbəblərdən ölkəni tərk edib.

Bu haqda "Axar.az"a etibarlı mənbədən daxil olan məlumatda bildirilir.

Məsələni araşdırmaq üçün ARDNŞ-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Özünü ARDNŞ-nin mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən Valentina Pavlovna bu xəbərin yanlış olduğunu bildirdi, Rəşad bəyin əlaqə telefonunu istədikdə isə özünün təqaüdçü olduğunu və bundan artıq heç nə deyə bilməyəcəyini bildirdi.

Daha sonra ARDNŞ-ın Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin xidməti nömrəsinə zəng vurduq. Telefona cavab verən və özünü İdarə rəisinin köməkçisi Ziya olaraq təqdim edən şəxs bildirdi ki, rəis hal-hazırda toplantıdadır.

Xatırladaq ki, mətbuatda yayılan bilgilərə görə, ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin rəisi general Rəşad Əliyev Rövnəq Abdullayevin yaxın qohumu, tanınmış jurnalist Rüstəm Əliyevin qardaşıdır; xalası Sədaqət Vəliyeva isə Milli Məclisin sosial siyasət komitəsinin üzvüdür.

Məlumatı dəqiqləşdirmək üçün səylərimizi davam etdiririk.

Tarix
2013.12.16 / 13:38
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla