Yuxarı

Prokurorluq Aslan Aslanovun həbsini istisna etmədi - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluq Aslan Aslanovun həbsini istisna etmədi - Rəsmi

13:40

Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Lamiyə Quliyevanın ötən ilin oktyabrında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırmalar aparılır.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, L.Quliyeva ümumiyyətlə zorlanmayıb. Həmçinin onun dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.

L.Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apelyasiya protesti verilib və yaxın vaxtlarda həmin protestə Apelyasiya Məhkəməsində baxılacaq.

Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Tarix
2015.02.09 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla