Yuxarı

Lamiyənin anası: “Mənə o qədər millət vəkili zəng edir ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyənin anası: “Mənə o qədər millət vəkili zəng edir ki…”

"Fevralın 13-də Bakıda olacağam və məhkəmə prosesində iştirak edəcəyəm. Ümid edirəm ki, qızımı azadlığa buraxacaqlar".

Bu sözləri Axar.az-a açıqlamasında Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib. K.Quliyeva bildirib ki, bu məsələ ictimailəşəndən sonra ona çoxlu zənglər gəlib, onların arasında millət vəkilləri də var:

"Zəng edən çoxdur. İnanın o qədər maraqlanan adam var ki! Ancaq həmin deputatların adlarını açıqlamaq istəmirəm. Ümid edirəm ki, bir nəticəsi olacaq".

Qeyd edək ki, Lamiyə və keçmiş nişanlısı Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib. Vüqar ömürlük, Lamiyə 10 il həbs cəzası alıb. 2013-cü ildə Quliyevanın cəzası bitsə də, nəzarətçini döyməsi ittihamı ilə cəza müddəti 5,5 il artırılıb. Onun həbsdə övladının olması faktını ilk olaraq Axar.az yazıb və bu məsələ bir aydan çoxdur müzakirə olunmaqdadır.

Xatırladaq ki, fevralın 13-də Lamiyənin Bakı Apelyasiya Məhkəməsində işinə baxılacaq.

Tarix
2015.02.10 / 13:04
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla