Yuxarı

Abunayyandan Əliyevə: Planlarınızı həyata keçirəcəyik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abunayyandan Əliyevə: Planlarınızı həyata keçirəcəyik

Səudiyyə Ərəbistanının şirkətinə göstərdiyiniz etimad sayəsində biz indi Azərbaycanda bərpa olunan enerji ilə bağlı Sizin planlarınızı artıq həyata keçirə biləcəyik.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan bildirib.

"Sərmayələrə, iqtisadi və sosial dəyərlərə gəldikdə, bərpa olunan enerjinin bizim layihələrə cəlb edilməsi nöqteyi-nəzərindən Sizin gözləntilərinizi gerçəkləşdirə biləcəyik. Azərbaycanın resurslarını fərqli enerji generasiyasında istifadə etməyə yönəldəcəyik. Azərbaycan üçün ən yaxşı optimallaşdırılmış iqtisadi həll yoluna nail olmaq üçün yanacaq balansını təkmilləşdirəcəyik. Mən çox şadam və Sizə həqiqətən minnətdaram ki, Siz bizi seçdiniz. Çünki bu, Səudiyyə Ərəbistanı ilə münasibətlərə göstərdiyiniz etimadı əks etdirir. Sizin tətbiq etdiyiniz müfəssəl proqramınız bizə həddən çox müsbət təsir bağışlamışdır. Həqiqətən prosesdə - texniki, kommersiya, müqavilə proseslərində də ən yaxşı təcrübədən istifadə edilmişdir. Bizim digər ölkələrlə necə işlədiyimizə dair və bərpa olunan enerji proqramlarını necə başlamağımızla bağlı geniş təcrübəmiz var. Lakin Azərbaycan nadirliyi ilə seçilir. Çünki siz artıq proqrama başlamısınız. Siz ən yaxşı şirkətləri rəqabət aparmaq üçün çox peşəkar və şəffaf şəkildə cəlb etmisiniz. Siz, həmçinin çox nadir rəqabətlilik dəyərləri tətbiq etmisiniz", - şirkətin idarə heyətinin sədri vurğulayıb.

Tarix
2020.01.10 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla