20:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Yanğın təhlükəsizliyi haqqında" qanunda dəyişikliklər edilməsi
barədə" qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və prezidentin aktlarının "Yanğın təhlükəsizliyi
haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna
uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb
prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin
etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və
bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək
tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yanğın
təhlükəsizliyi haqqında" qanunda dəyişikliklər edilməsi barədə"
qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat
verməlidir.
Qeyd edək ki, müvafiq düzəlişlərə əsasən, qanunun 23-cü maddənin
mətni aşağıdakı redaksiyada verilib:
"Yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari
sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki
məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada
həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın
istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada
sığortalanması "İcbari sığortalar haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq aparılır".
32-ci maddənin birinci hissəsində "Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət tərəfindən
sığortalanmalıdırlar" sözləri "müvafiq olaraq "Məhkəmə və hüquq
mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası
haqqında" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq icbari qaydada sığorta edilirlər" sözləri ilə əvəz
edilib.
36-cı maddənin mətni isə aşağıdakı redaksiyada verilib: "Bu
qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki,
İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş
hallarda məsuliyyətə səbəb olur".
***
Azərbaycan Respublikası Prezidenti İlham "Əhalinin
sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2015-ci il 2 fevral tarixli 1177-IVQD nömrəli Qanununun tətbiqi
haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
bəndini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1177-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Əhalinin sağlamlığının
qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Əhalinin sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
Prezident İlham Əliyev "Fövqəladə hallar orqanlarında
xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 2
fevral tarixli 1176-IVQD nömrəli Qanununun tətbiqi haqqında
sərəncam imzalayıb.
Sərəncamda göstərilir:
"Fövqəladə hallar orqanlarında
xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 2
fevral tarixli 1176-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Fövqəladə hallar orqanlarında xidmətkeçmə
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin".