Yuxarı

Səmədoğlunun bu əsərləri ilk dəfə tamaşaçılara təqdim olundu

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səmədoğlunun bu əsərləri ilk dəfə tamaşaçılara təqdim olundu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan silsilə tədbirlərin yekunu reallaşıb.

Kult.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə çıxış edən xalq yazıçısı Anar Yusif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb.

Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatının ən görkəmli nasirlərindən biri olduğunu diqqətə çatdıran Anar deyib: “Tanrı Yusif Səmədoğluna elə böyük istedad bəxş etmişdi ki, o, qələmə aldıqlarından qat-qat artıq əsərlər yarada bilərdi. Lakin yazıçının vaxtsız vəfatı bu yaradıcılıq yolunu yarımçıq qoydu. Yusif Səmədoğlunun üzərində işlədiyi əsərlərdən biri də tamamlanmamış qalıb. Onun zəngin yaradıcılıq irsi gələcək nəsillər tərəfindən də daim yaşadılacaq”.

Tədbirin bədii hissəsində Yusif Səmədoğlunun indiyədək teatr səhnəsində göstərilməyən hekayə və nəsr nümunələri vahid kompozisiya şəklində tamaşaçılara təqdim edilib.

Yazıçının müxtəlif əsərlərindən seçilmiş parçalar əsasında hazırlanan səhnə işi onun yaradıcılığının fərqli çalarlarını əks etdirib. Ədəbi-bədii kompozisiya təxminən iki ay davam edən hazırlıq prosesi nəticəsində ərsəyə gəlib.

Tarix
2026.07.14 / 22:15
Müəllif
Kult.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla