Yuxarı

“Şəxsim üçün deyil, yalnız sizin üçün xahiş etdim...” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayon ərazisində görüşlərini davam etdirib.

Axar.az xəbər verir ki, Q.Paşayeva Tovuzun böyük kəndlərindən biri olan Abulbəyli kəndini gəzib, seçiciləri ilə görüşüb.

Q.Paşayeva ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq, bu illər ərzində seçicilərinin ona olan etimadını doğrultmaq üçün çalışdığını deyib. Qənirə Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq, seçicilərin bundan sonra da hər zaman səsi olacaq.

Paşayeva xalqa xidmət göstərməkdən gözəl bir şey olmadığını, bu günə qədər olduğu kimi, bundan sonra da hər zaman məhz bu düşüncə ilə seçicilərinə diqqət göstərəcəyini deyib:

“Tovuz mənim dünyaya göz açdığım yerdir, mənim üçün çox əzizdir. Mən hər zaman Tovuzun və əziz seçicilərimin qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayırmamışam. Mən şəxsi deyil, hər zaman seçicilərim üçün xahiş etmişəm. Siz mənə 14 il əvvəl ailənizin bir üzvü kimi sahibləndiniz və mən də sizə söz verdim ki, bu səmimiyyət və etimadınıza hər zaman layiq olmaq üçün çalışacam. Bütün fəaliyyətim boyunca bu sözü heç unutmadım”.

Hər bir seçicinin 9 fevral seçkilərində fəal olmasının və seçkilərdə iştirakının vacibliyini vurğulayan Q.Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.

Seçicilər Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər və ona dəstəklərini davam etdirəcəklərini bildiriblər.

Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər aparıb.

Qənirə Paşayeva, həmçinin, Abulbəylidə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olacağını deyib.

Tarix
2020.01.28 / 23:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla