Yuxarı

Aslan Aslanov vəkildən şikayət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aslan Aslanov vəkildən şikayət etdi

Şəmkirin sabiq icra başçısı Aslan Aslanov Vəkillər Kollegiyasına şikayət məktubu yazıb. A.Aslanov ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədovun cəzalandırılmasını tələb edir.

"Musavat.com" xəbər verir ki, Aslanov vəkilin onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etdiyini bildirib.

Vəkilin sözlərinə görə, A.Aslanov məktubun altına imza atmazdan əvvəl ona hədə-qorxu gəlib: "Müvəkkili olduğum şəxsi müdafiə edərkən lazım olan faktların, yeni halların araşdırılması istiqamətində bir hüquqşünas kimi axtarışlar aparmağım vəzifə borcumdur. Mənə qarşı təhdid və hədə-qorxularınız nəticə verməyəcək. Hüquqlarını müdafiə etdiyim şəxsin müdafiəsi istiqamətində əldə etdiyim və eyni zamanda cəmiyyətimizə məlum olan faktlar qarşı tərəfin maraqlarına zidd ola bilər".

Vəkil deyib ki, Aslanovdan əvvəl də barəsində şikayət edənlər olub: "Bir qisim şəxslər var ki, çəkişdikləri tərəfin vəkilinin olmasını belə qəbul etmirlər. Vüqar Əliyevin müdafiəsi tərəfimdən sırf qanuni yolla və faktlarla həyata keçirilir".

Tarix
2015.02.18 / 17:46
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla