Yuxarı

Prezidentdən göstəriş: Elə etməliyik ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən göstəriş: Elə etməliyik ki...

Konfransın ikinci hissəsində dörd panel təşkil olunacaq və bütün sahələri əhatə edən məsələlər, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, infrastruktur, bank-kredit məsələləri və digər məsələlər müzakirə ediləcək. Həm yerli icra orqanları, həm sahibkarlar mərkəzi icra orqanlarının nümayəndələri ilə birlikdə bu məsələləri müzakirə edəcəklər, mövcud problemlər haqqında danışacaqlar və əlbəttə ki, bu il görüləcək işlər haqqında da söhbət gedəcək.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.

"Elə etməliyik ki, proqramda nəzərdə tutulan bütün məsələlər öz həllini tapsın. 2020-ci ildə bəzi məsələlər bu yaxınlarda ortalığa çıxıb, onların da həlli üçün imkanlar olmalıdır. Dövlət İnvestisiya Proqramı təsdiq edilmişdir, kifayət qədər böyük proqramdır. Eyni zamanda, müəyyən dərəcədə ehtiyatlar da vardır. Çünki il ərzində bəzi məsələlər ortalığa çıxır ki, onların da həlli vacibdir.

İndi isə görüləcək əsas işlər, layihələr haqqında demək istərdim ki, bu il də proqramın icrası və ümumiyyətlə, ölkəmizin inkişafı təmin edilsin. İlk növbədə, infrastruktur layihələrindən başlamaq istərdim. Baxmayaraq ki, bu sahədə böyük uğurlar əldə edildi, məsələlərin böyük hissəsi öz həllini tapdı. Ancaq həyat yerində durmur. Ölkəmizin tələbatı, əhalisi, sənaye potensialı artır, yeni müəssisələr istifadəyə verilir. Ona görə infrastruktur layihələrinin icrası bundan sonra da təmin edilməlidir", - Prezident qeyd edib.

Tarix
2020.02.04 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla