Yuxarı

Azərbaycan bunun faydasını görəcək - Ayrım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bunun faydasını görəcək - Ayrım

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq mənimlə bərabər, yoldaşlarım da seçkiləri müşahidə etdilər. Çox səmərəli müşahidələrimiz oldu. Seçkilər çox obyektiv keçirildi. Biz hamımız təcrübəli insanlarıq.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşündə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

"Mən Azərbaycandakı seçkilərin demək olar ki, hamısında müşahidəçi olmuşam, elə yoldaşlarım da. Azərbaycandan kənarda da seçkiləri izləmişik. Həqiqətən Azərbaycandakı bu seçkilərdə beynəlxalq standartlardan da üstün təşkilatçılıq gördük. Bunu bütün dünya görməlidir. Təəssüf ki, xüsusilə Avropa Şurasının, bir sıra qurumların Azərbaycan və Türkiyə ilə bağlı qərəzli münasibəti bizi çox narahat edir. Türkiyə Respublikasının parlamentində biz dostluq qrupunun tərkibində on nəfərik. Amma səmimiyyətlə söyləyirəm ki, 600 deputatımızın hamısı bu qrupun üzvü olmaq istəyir. Ürəkləri Azərbaycanın uğurları üçün döyünür.

Türkiyə olaraq, bu seçkilərin şəffaf, sakit ab-havada keçməsinə, belə bir mühitin yaradılmasına görə, ilk növbədə, Zati-alinizə çox təşəkkür edirik. İkincisi, Azərbaycan xalqının mütəşəkkilliyini, öz dəyərlərinə sahib çıxmasını təqdir edirik. Üçüncüsü, bir təşəkkürümüz də namizədlərədir. Bu seçkilərdə gənc namizədlər də fəal idi. Onlar seçkilərə hazırlıq dövründə Türkiyədə olduğu kimi, qapı-qapı gəzərək təbliğat işləri aparıblar. Mən inanıram ki, bundan sonrakı seçkilərdə Azərbaycan bunun faydasını görəcək", - Ayrım söyləyib.

Tarix
2020.02.11 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla