Yuxarı

Mənsimovdan Əliyev-Paşinyan debatına: Milçək kimi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənsimovdan Əliyev-Paşinyan debatına: Milçək kimi...

2020.02.16, 23:03

Dünən Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər.

Axar.az xəbər verir ki, bu sözləri azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən gün Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı panel müzakirələrinə münasibət bildirərkən deyib.

“Sözün düzü, ilk dəfə idi ki, belə həzz alırdım. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentləri, həm də beynəlxalq hüquq baxımından Ermənistanın baş dığası Paşinyanı diz çökdürdü. Paşinyan məcbur edildi ki, o, bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin”, - M.Mənsimov bildirib.

Azərbaycanlı milyarder qeyd edib ki, bu hadisə 2007-ci ildə Putinlə birgə bağlı qapılar arxasında keçirilən görüşdə İlham Əliyevin sözlərini yadına salıb:

“Mən o vaxt qürur duymuşdum, hətta buna görə sayın Əliyevə öz minnətdarlığımı da bildirdim. Və dünən Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı, Paşinyan isə bir siyasətçi və elə bir sivil insan kimi də bitdiyini rəsmən bəyan etdi. İlham Əliyev Azərbaycanın dövlət başçısı kimi onun dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanda yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. İnşallah, 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq. Mən buna əminəm”.

Tarix
2020.02.17 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla