Yuxarı

Azərbaycanın qara siyahısında 435 ad var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qara siyahısında 435 ad var

Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin razılığı olmadan səfər edən əcnəbilərin Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilmiş arzuedilməz şəxslər siyahısına hazırda 435 nəfər daxildir. Bu səfərlər "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanununun pozulmasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təşviqinə xidmət edən bir addımdır.

Azərtac xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fevralın 27-də keçirdiyi mətbuat konfransında bildirib.

H.Hacıyev deyib ki, elan olunduqdan sonra adı bu siyahıya daxil edilmiş bir sıra şəxslər Azərbaycan Respublikasına müraciət edərək həmin siyahıdan adlarının çıxarılmasını xahiş ediblər. Fərdi əsasda bu kimi müraciətlər nəzərdən keçirilib və 2013-cü ildən başlayaraq 10-dan artıq şəxs siyahıdan çıxarılıb. Həmin şəxslərin həqiqətən hansı səbəbdən işğal olunmuş ərazilərə səfər etmələri, onların üzrxahlığı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörməti kimi məqamlar nəzərə alınaraq onların arzuedilməz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilir.

Tarix
2015.02.27 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

Prezident Meloninin şərəfinə şam yeməyi verdi

Paşinyan Ərdoğanın müavini ilə görüşündən yazdı

Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı

Speys TV-nin yeni rəhbəri danışdı: Hədəfimiz böyükdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla