Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 May 2020


BMTM: “Seçki” İrəvanın işğal faktını dəyişmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi açıqlama yayıb.

Axar.az açıqlamanın mətnini təqdim edir:

2020-ci il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbərliyinə (prezident və parlament) işğalçı rejim tərəfindən növbəti qeyri-qanuni seçkilərin keçirilməsi planlaşdırılır. Koronavirus kimi pandemiyanın dünyada sürətlə yayıldığı bir dövrdə bütün dünyada kütləvi tədbirlər və insan toplantılarının təxirə salındığı halda, işğalçı rejimin öz siyasi oyunlarından əl çəkməməsi bir daha işğal altında yaşayan insanların həyatlarına, sağlamlıqlarına və təhlükəsizliklərinə etinasız münasibətin göstəricisidir.

Qeyd edilməlidir ki, işğal edilmiş və etnik təmizləmə keçirilmiş Azərbaycan ərazilərində bu cür siyasi tamaşalar həm Azərbaycan Respublikasının qanunvericiliyinin, həm də bütün beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Bu qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhdlərdən biri olmaqla heç bir şəkildə işğal edilmiş ərazilərdə həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə məsuliyyəti Ermənistanı üzərindən götürə bilməz.

Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarında da bir daha işğal edilmiş ərazilərdə bütün məsuliyyətin Ermənistan üzərinə düşdüyünü göstərməklə, qondarma “Dağlıq Qarabağ” rejiminin heç bir hüquqi və siyasi legitimliyinin olmadığını təsbit etmişdir.

Bu və ya buna bənzər əvvəlki digər qanunsuz seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur, Azərbaycan torpaqlarının işğalı faktını heç bir şəkildə dəyişdirə bilmir və bilməz. Beynəlxalq hüquq tərəfindən qeyd-şərtsiz Azərbaycan əraziləri kimi tanınan işğal altındakı torpaqlarda hansısa seçkilərin keçirilməsi, hakimiyyət orqanlarının formalaşdırılması və vətəndaşların iradələrinin ifadə edilməsi yalnız Azərbaycan Respublikası qanunvericiliyi əsasında, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşların iştirakı ilə mümkündür. Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri daxilində seçkilər yalnız və yalnız ölkə qanunvericiliyi, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşlarının iştirakı ilə keçiriləcəyi təqdirdə hüquqi qüvvəyə malikdir.

Azərbaycan işğal edilmiş ərazilərində əvvəllər də keçirilmiş bənzər “seçkilər”ə beynəlxalq təşkilatlar və dövlətlər dəfələrlə müvafiq siyasi qiymətlərini veriblər. 2017-ci il fevralın 20-də Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “referendum”un konstitusion və hüquqi çərçivələrini tanımadığını bəyan etmişdi. Bundan əlavə, Avropa İttifaqı həmin referendumun və onun nəticələrinin hansısa formada Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə təsir edə bilməyəcəyini göstərib. 2019-cu ilin dekabrında bu mövqeyi Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini həmin ilin sentyabrında keçirilən qeyri-qanuni “mer seçkiləri”nə münasibətində bir daha təsdiq edərək “həmin seçkilərin konstitusion və hüquqi çərçivələrini” tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Bundan əvvəlki 2012-ci ildə qondarma rejimin “prezident seçkilərini” Avropa İttifaqı, NATO və ATƏT kimi beynəlxalq təşkilatlar tanımamış və pisləmişdi.

Nəticə olaraq təəssüflə qeyd etməliyik ki, göstərilən qeyri-qanuni seçkilər Ermənistan rəhbərliyinin münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqeyinin və işğalçı siyasətinin daha bir göstəricisidir. Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq dünya ictimaiyyətini münaqişənin həllinin bölgənin azərbaycanlı və erməni icmalarının bərabər iştirakı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli yolunu dəstəkləməyi və bölgədə əvvəl keçirilən qeyri-qanuni seçkilərə verilən müvafiq qiymətlərində daha prinsipial olmağa çağırır.

Tarix
2020.03.30 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN Ramil Səfərovla bağlı qərara münasibət bildirdi

Erməni general: Bakı bütün istiqamətlərdən hücum edir – Video

MŞ-nın “cinsi azlıq” qalmaqalı “Yerusəlim Post”da

Ermənistan Rusiyanın tərkibinə daxil ola bilərmi? – Şərh

Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə... – Video

Məmmədyarovdan Zalkalianiyə: İki ölkə arasında...

Mən göstəriş vermişdim ki... - İlham Əliyev

Prezident Pir Ömər Sultan ziyarətgahında - Foto/Video

Bu, problem yaradır, təkliflər hazırlayın - İlham Əliyev

Misir mediası Qarabağla bağlı bəyanat yaydı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla