Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2020


Bu tələbim qüvvədədir – Prezident elan etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün mənim qərarımla Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı. Mənim qərarımla dörd işçi qrupu yaradıldı. Bu işçi qrupların əsas fəaliyyət dairəsi məşğulluq məsələlərini təhlil edib təklif verməkdir, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etməkdir, makroiqtisadi sabitliyi qorumaqdır və bizim maliyyə vəziyyətimizi təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident bildirib ki, ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə aldıq:

“Biz, ilk növbədə, bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. Çünki indi İqtisadiyyat Nazirliyi tərəfindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər. Bu xahiş və yaxud tələb qüvvədədir. Onu da bildirməliyəm və hesab edirəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirlər. Mənim Fərmanımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyon manatdan çox vəsait daxil edilib və bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb. Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir və sahibkarlar bu məsələ ilə bağlı həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışım da əlbəttə, nəzərə alınacaq və alınmalıdır. Ancaq, eyni zamanda, aydın məsələdir, bir çox sahələr və 40 mindən çox sahibkarlıq subyekti, indi demək olar ki, fəaliyyət göstərmir, yaxud da, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara kömək göstərməlidir. Ona görə göstəriş verilmişdir ki, həm bu sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı, eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Onların da sayı təqribən 300 minə yaxındır. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilibdir. Artıq siz məruzəyə hazırsınız. Xahiş edərdim ki, bu məsələ ilə və digər məsələlərlə bağlı siz öz təkliflərinizi verəsiniz ki, vaxt itirmədən, yəni, bu həftədən başlayaraq artıq bu ödəmələr təşkil edilsin”.

Tarix
2020.03.31 / 18:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Məmmədyarovdan Zalkalianiyə: İki ölkə arasında...

Mən göstəriş vermişdim ki... - İlham Əliyev

Prezident Pir Ömər Sultan ziyarətgahında - Foto/Video

Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə... – Şok

Bu, problem yaradır, təkliflər hazırlayın - İlham Əliyev

Misir mediası Qarabağla bağlı bəyanat yaydı

Lukaşenkodan İlham Əliyevə: Sizin töhfəniz...

Ordumuzda kəşfiyyatçılar arasında yarış... - Video

Türkiyə də etiraz edəcək: Nüvə silahı gündəmə gəlir - Video

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla