Yuxarı

İsveçdə seçkilərdə azərbaycanlı namizədlər mandat qazandılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçdə seçkilərdə azərbaycanlı namizədlər mandat qazandılar

İsveçdə sentyabrın 13-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat Partiyasının lideri Maqdalena Anderssonun rəhbərlik etdiyi qırmızı-yaşıl qüvvələr çoxluq əldə ediblər. İlkin nəticələrə görə, onlar Riksdaqda 349 mandatdan 176-nı qazanıblar. Sağ blokun partiyaları isə 173 mandat əldə ediblər.

Axar.az xəbər verir ki, seçkilər Azərbaycan əsilli bir sıra siyasətçilər üçün də uğurlu olub. Onlar milli, regional və bələdiyyə səviyyələrində mandat əldə ediblər.

İsveç Sosial-Demokrat Fəhlə Partiyasının nümayəndəsi Aylin Nuri yenidən Riksdaq deputatı mandatını qazanıb.

Mərkəz Partiyasını təmsil edən Aidə Kərimli Vestrra-Yötaland regional şurasında yer alacaq, həmçinin Riksdaqın əvəzedici deputatı olacaq. Onun partiya yoldaşı Turan Əliyev Partille bələdiyyə şurasına seçilib. Yaşıllar Partiyasının nümayəndəsi Aytac Quliyeva isə Haninge bələdiyyə şurasının tərkibinə daxil olub.

Mülayim Koalisiya Partiyasının nümayəndələri də bələdiyyə səviyyəsində uğur qazanıblar. Aygün Ələkbərova Elvkarlebyu kommunasının bələdiyyə şurasına, onun 18 yaşlı oğlu Rihad Ələkbərov isə Yevle bələdiyyə şurasına seçilib.

Xatırladaq ki, sentyabrın 13-də İsveçdə ölkə vətəndaşları Riksdaqın 349 deputatını, həmçinin 21 regional və 290 bələdiyyə şurasının üzvlərini seçiblər.

Tarix
2026.09.18 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla