Yuxarı

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz.

Axar.az Report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün dünya mütəşəkkil və koordinasiyalı şəkildə bununla mübarizə aparmalıdır:

"Ona görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində keçirilən bu iclas çox əhəmiyyətlidir. İclasda da mesaj verildiyi kimi, İslam ölkələri korrupsiya cinayətləri ilə mübarizədə əməkdaşlıq ifadə edirlər".

Səfir eyni zamanda qeyd edib ki, bu sahədə Azərbaycanla ikitərəfli əlaqələr də davam edir:

"Uyğun strukturlar arasında əməkdaşlıq var. Cinayətkarlıqla mübarizə o demək deyil ki, biz cinayətin baş verməsini gözləyək, sonra addım ataq. Çalışırıq korrupsiya ilə əlaqədar cinayətlərin baş verməsinə imkan yaranmaması üçün əməkdaşlıq edək. Buna görə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq faydalıdır".

Tarix
2026.10.28 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla