Yuxarı

Xəzərin statusu həllini tapır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin statusu həllini tapır

İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpour Xəzər dənizinin hüquqi statusu ilə bağlı nikbin açıqlama verib.

Musavat.com-un məlumata görə, o deyib ki, məsələ Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitində həllini tapa bilər: "Martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər. Bu, məsələnin yaxın gələcəkdə həlli üçün zəmin yaradır."

Onun sözlərinə görə, Astana sammiti Xəzəryanı ölkə başçılarının son görüşü olmayacaq. Çünki əməkdaşlıq yalnız Konvensiyanın imzalanması ilə məhdudlaşdırıla bilməz. Konvensiya imzalanandan sonra müxtəlif sahələr üzrə əməkdaşlığın yeni mərhələsi başlanacaq.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da bildirib ki, bütün tərəflər anlaşmaya yaxındır. Biz Xəzər dənizinin statusuna aid problem kimi qalan məsələlərlə bağlı koordinasiyanı qısa müddətdə başa çatdıracaağıq."

Rusiya, Qazaxıstan və Türkmənistan hüquqi statusla bağlı razılaşma ilə bağlı fikir səsləndirməyiblər.

Xatırladaq ki, dövlət başçılarının növbəti sammitinin bu il Qazaxıstan paytaxtı Astanada keçirilməsi nəzərdə tutulur. Azərbaycan və İran ümid edir ki, Xəzərin statusu ilə bağlı Konvensiya həmin sammitdə imzalanacaq. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan 20 ildir Xəzərin statusunu müzakirə edir.

Tarix
2015.03.06 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla