Yuxarı

Rusiya Azərbaycanın jestinə görə təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanın jestinə görə təşəkkür etdi

Rusiya Heydər Əliyev Mərkəzinə və bütün Azərbaycan xalqına koronavirusa qarşı mübarizədə Rusiya xalqı ilə dostluq və həmrəylik jestinə görə təşəkkürünü bildirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

“Aprelin 9-da müasir Azərbaycanın memarlıq simvolu olan Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiyanın bayrağı proyeksiya edilib. Bu çətin qlobal şəraitdə Rusiya üçün yaxın dost, qonşu və etibarlı tərəfdaş olan Azərbaycanın dəstəyi xüsusilə vacibdir”, - səfirlikdən qeyd olunub.

“Rusiya tərəfi də Azərbaycana qarşı belə isti münasibətlər duyur, pandemiyanın nəticələrini aradan qaldırmaqla bağlı səylərini dəstəkləyir”, - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunur. Bununla Mərkəz COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Tarix
2020.04.10 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla