Yuxarı

İşdən çıxarıldığı deyilən fəhlə ilə bağlı - Rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşdən çıxarıldığı deyilən fəhlə ilə bağlı - Rəsmi açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə dünən paylaşılan məlumatların əsassız olduğunu bildirib.

"Taleh Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər nazirlikdən onu işə götürən tikinti şirkəti ilə (“Maksimus” MMC) əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib. Hazırda Talehin əmək müqaviləsi (250 manat maaşla) qüvvədədir. Bu gün səhər nazirlikdən Talehlə də əlaqə saxlanılıb və narazılığının səbəbi soruşulub", - F.Talıbov qeyd edib.

Nazirlik rəsmisi bildirib ki, T.Bəşirov nazirlikdən narazı deyil: "Əlilliyi olan şəxs kimi pensiya alan Taleh Bəşirov nazirliklə bağlı probleminin və narazılığının olmadığını, mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin olunduğunu (son dövrdə 19 dəfə) deyib. Videoda dediklərini də hansısa məlumatı yanlış anladığından əsəbiləşərək söylədiyini və bundan təəssüfləndiyini bildirib".

Tarix
2020.04.10 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla