Yuxarı

Putinin SSRİ planı: Yalnız bir ölkə buna razıdır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin SSRİ planı: Yalnız bir ölkə buna razıdır - Video

09:00

Putin bundan öncə də bir neçə dəfə SSRİ-nin bərpası fonunda bənzər təşkilatlar yaradaraq, 15 respublikanı birləşdirməyə çalışıb. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Putinin SSRİ yolunda atdığı ən mühüm addımlardandır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin “Rossiya” kanalına son müsahibəsində SSRİ-nin bərpası haqda fikirlərini şərh edərkən deyib. Politoloq vurğulayıb ki, Putin hakimiyyətə gəldiyi ilk gündən etibarən SSRİ-nin dağılmasını böyük faciə adlandırıb:

“Sonrakı illərdə də o, bu fikirləri dəfələrlə dilə gətirib. Putin faktiki olaraq Rusiyanı SSRİ-nin varisi, ondan ayrılan 15 respublikanı isə Rusiyanın siyasi təsir arealı hesab edir”.

Politoloq qeyd edib ki, SSRİ-ni yenidən restavrasiya etmək xülyadan başqa bir şey deyil:

“Heç kəsə sirr deyil ki, Putinin ən böyük arzusu bəlkə də SSRİ kimi güclü, böyük bir ölkə qurmaqdır. Düzdür, bu, tam mənasında SSRİ olmayacaq, lakin ən azından Avropa İttifaqına bənzər bir təşkilat ola bilər. İlk başda bu, çox müsbət bir təşəbbüs kimi görünə bilər. Hər halda Avropa İttifaqı kimi bir qurumun regionda olması inkişafa gətirib çıxarar. Lakin bu məsələdə bir çox nüans var: Birincisi, SSRİ dağıldıqdan sonra imperiyanın sərhədlərindəki ölkələrdə ərazi münaqişələri yaranmağa başladı. Bu gün Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan və s. bu münaqişələrdən əziyyət çəkir. Yəni bu münaqişələr tam həll edilmədikcə, 15 respublikanın tam bir ittifaqda birləşməsi real görünmür. İkincisi, Rusiyanın regionda son 10 ildə apardığı aqressiv siyasət bir çox postsovet ölkəsinin Qərbə meyil etməsinə gətirib çıxarıb. Xüsusən, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr Rusiyadan birdəfəlik üz döndərib. Bu ölkələrsiz Rusiya istədiyi ittifaqı qura bilməz.

Üçüncüsü, Putinin bu ideyası günün reallıqları ilə uyğun gəlmir. Çünki bu gün ölkələr dünyaya inteqrasiya edir, özləri müstəqil qərarlar verir, milli maraqları çərçivəsində hərəkət edirlər. Bu gün yalnız bir-iki ölkə Moskvanın tələbi əsasında siyasət formalaşdırmağa razı olar və olur da. Bunlardan birincisi və bəlkə də elə yeganə olan Ermənistandır”.

Tarix
2020.04.21 / 10:58
Müəllif
Turan Rzayev
Digər xəbərlər

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Biz bu məsələdə misilsiz təcrübə formalaşdırmışıq

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı çarx

Yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də...

İlham Əliyev "Avronyus" kanalına müsahibə verdi - Foto

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla