Yuxarı

Nazirliklə Birlik anlaşa bilmir, xəstəxanalar qazsız qalır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında Tovuz rayonunun bəzi kəndlərində fəaliyyət göstərən bir sıra xəstəxana və tibb məntəqəsinə qaz verilməməsi problemindən danışıb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva Tovuzun bir çox kəndlərinə uzun zamandır qaz verilməsinə baxmayaraq, xəstəxana, tibb məntəqələrinə qaz verilməsi probleminin bu günə qədər həllini tapmadığını bildirib.

Millət vəkili qeyd edib ki, bu, həmin müəsisələrdə çalışan tibb işçilərinin, həm də sözügedən xəstəxana, tibb məntəqəsinə müraciət edən insanların özəlliklə soyuq aylarda narazılığına səbəb olur.

Qənirə Paşayeva problemin Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasında həll edilə bilməməsindən narahatlığını ifadə edib.

Millət vəkili hər iki qurumu problemin həlli üçün əməli addım atmağa çağırıb.

Tarix
2020.04.24 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla