Yuxarı

DMX rəisi şuranın iclasını keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı ilə DMX yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Bu barədə Axar.az-a DMX-nin ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Görüşdə Xidmət rəisi pandemiya dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan vacib addımları xüsusi vurğulayıb. Vüsal Hüseynov bildirib ki, koronavirusla mübarizədə dövlətimizin başçısının qətiyyətli qərarları, görülən qabaqlayıcı tədbirlər, müsbət nəticələrin əldə olunmasının əsas səbəbləridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq qurumlar tərəfindən Azərbaycanda görülmüş işlərə yüksək qiymət verildiyini xatırladan Xidmət rəisi pandemiyaya qarşı həyata keçirilən tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirildiyimizi diqqətə çatdırıb.

Vüsal Hüseynov mövcud durumla əlaqədar DMX tərəfindən görülən işlər, həmçinin göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində tətbiq olunan yeniliklər və cari vəziyyət barədə geniş məlumat verib. Qeyd edib ki, səmərəliliyin artırılması məqsədilə müasir texniki innovasiyaların tətbiqi daha da genişləndirilərək bütün sənədləşdirmə işləri elektronlaşdırılıb.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov cari ilin birinci rübündə İctimai Şura üzvləri tərəfindən görülmüş işlər və yeniliklərin tətbiqi barədə məlumatları təqdim edib.

Görüşdə koronavirus şəraitində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı (o cümlədən müddətin uzadılması üçün ödənişlərin tətbiqi), elektron resurslardan istifadə və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda İctimai Şura üzvlərinin təklifləri müzakirə edilib.

Tarix
2020.05.06 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla