Yuxarı

Rusiyadan təhlükəli gediş: Türkiyə qərar verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan təhlükəli gediş: Türkiyə qərar verəcək

Rusiyanın Liviyada öz maraqları var. Buna görə də Haftarın məğlub olmasını istəmir. Rəsmi Moskvanın Suriyada Əsəd rejimi tərəfində vuruşan muzdlu əsgərləri Liviyaya göndərməsi də məhz bu səbəbdəndir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Rusiyanın Suriyada Əsəd rejimi tərəfində vuruşan muzdlu əsgərləri Liviyaya göndərməsini şərh edərkən deyib. O bildirib ki, bu gün həm Rusiya, həm də Qərbi Avropa ölkələri Haftarın Liviyada mövcud gücünü qoruyub saxlamasında maraqlıdır:

“Çünki bu gün Liviyada baş verən qarşıdurma heç də daxili sfera çərivəsində deyil. Faktiki olaraq burada böyük güclərin maraqları var. Münaqişənin əvvəlində ölkələr sırf Liviyadakı neft və digər təbii yanacaq uğrunda tərəflərə dəstək verirdilərsə, bu gün Aralıq dənizi uğrunda da mübarizə gedir. Bu nöqteyi-nəzərdən Haftara ən böyük dəstəyi ABŞ verir. Yəni bu gün Liviyadakı siyasi prosesləri analiz etsək, görə bilərik ki, ölkədə hakimiyyət mübarizəsindən çox, xarici güclərin maraqları uğrunda mübarizə aparılır”.

Ekspert bildirib ki, Liviyada vətəndaş müharibəsi başlandığı andan Sərracın Haftar qarşısında uzun müddət tab gətirəcəyi düşünülmürdü:

“Çünki Haftarı dəstəkləyənlər kifayət qədər çox idi. Lakin Sərracın Türkiyə ilə müqavilə imzalaması onu Haftardan daha üstün mövqeyə gətirdi. Türkiyənin Liviyada olması heç bir gücün marağına uymur. Maraqlı məqam isə ondadır ki, böyük güclərin bir çoxu Liviya mövzusunda ortaq məxrəcə gələ bilir. Misal üçün ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı zamanı Liviya mövzusu da gündəmdə olub. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında baş tutan telefon danışığında da yenə Liviya mövzusu danışılıb”.

Politoloq vurğulayıb ki, bu gün üstünlük Sərracın əlindədir:

“Haftar sürətlə mövqelərini itirməkdədir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Haftarın ən azından mövcud əraziləri əlində saxlaması üçün danışıqlar gedir. Təbii ki, proseslərin hansı istiqamətdə cərəyan edəcəyini qarşıdakı günlərdə Türkiyənin mövqeyini açıqlamasından sonra görəcəyik. Çünki Türkiyə Liviya mövzusunda kifayət qədər prinsipialdır. Bu mənada düşünürəm ki, Türkiyənin münasibəti bu məsələdə önəmlidir”.

Tarix
2020.05.09 / 09:09
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla