Yuxarı

İfşa olundu, indi də böhtan atır – İsa Qəmbərin cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Babasının faşist ordusunda xidmət etməsini gizlədən, Q.Njde və nasistlərlə əməkdaşlıq etmiş digər soydaşlarını qəhrəman kimi təqdim etməsi ifşa olunan Ermənistan Baş naziri Nikol Paşinyan çıxış yolunu Azərbaycan Cümhuriyyətinin və Müsavat Partiyasının qurucusu M.Ə.Rəsulzadəyə böhtan atmaqda, onu faşist rejimi ilə əməkdaşlıqda ittiham etməkdə görüb.

Axar.az xəbər verir ki, bu sözləri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Nikol Paşinyanın Məhəmməd Əmin Rəsulzadənin nasistlərlə əlaqəsi haqda çıxışına cavab olaraq bildirib.

“Paşinyanın bu yalanına həm ziyalılarımız, tarixçi alimlərimiz, həm də Müsavat Partiyası rəhbərliyi başda olmaqla siyasətçilərimiz tutarlı cavablar vermiş, onun özünümüdafiə üçün təkrarladığı bu cəfəngiyyatı elmi sübutlarla darmadağın etmişlər.
Mən məsələnin başqa bir cəhətinə diqqəti cəlb etmək istəyirəm.

2018-ci ilin birinci yarısında hakimiyyətə gələn Paşinyan mürəkkəb daxili və beynəlxalq amillərin nəticəsində unikal bir şans əldə etmişdi. O, korrupsiya və monopoliyaları, repressiya və saxtakarlığı aradan qaldıraraq, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırım manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə və ölkəsinin Avropaya həqiqi inteqrasiyasına nail ola bilərdi.

Lakin yarımçıq, diletant və populist fəaliyyətilə bütün bu imkanları demək olar ki, itirən Paşinyan üstəlik son dövrdə davranışları ilə, "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarının və "Ümumi Qafqaz Evi" ideyasının əsas müəllifi M.Ə.Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi bir fiqur olduğunu ortaya qoymuş oldu”, - İsa Qəmbər qeyd edib.

Tarix
2020.05.18 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla