Yuxarı

XİN: Ermənistan bir şeyi dərk etməlidir ki... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi bir şeyi düzgün dərk etməlidir ki, Dağlıq Qarabağ danışıqları prosesinin əsas məqsədi münaqişənin nəticələrinin aradan qaldırılmasıdır. Nəticələrin aradan qaldırılması da odur ki, Laçın daxil olmaqla, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına son qoyulmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində deyib.

“Danışıqların məqsədi budur və Ermənistanın danışıqlarda iştirakı bununla xarakterizə olunur. Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü heç zaman müzakirə obyekti olmayıb və ola da bilməz. Bu, dövlət başçımız tərəfindən dəfələrlə və ən yüksək səviyyəli beynəlxalq platformalarda səsləndirilib. Ermənistan bunu nə qədər tez dərk edərsə, bir o qədər münaqişənin həllində irəliləyiş əldə edə bilərik. Azərbaycan da, beynəlxalq ictimaiyyət də Ermənistanın saxtakarlıqlarla, yalanlarla danışıqlar prosesini uzatmasına icazə verməyəcək”, - L.Abdullayeva qeyd edib.

Tarix
2020.05.19 / 00:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla