Yuxarı

Zakir Həsənov Hərbi Hospitalda - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıq olub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Z.Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib.

Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Tarix
2015.03.19 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm iclas başladı: Gürcüstanla əlaqələr...

Azərbaycan və Gürcüstanın baş nazirləri görüşdü

Delimitasiya prinsipi: “Şimaldan cənuba” hansı anlama gəlir?

Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır

Yeni demarkasiya: Bakı İrəvanı buna məcbur etdi - Abramyan

Kobaxidze Azərbaycana gəldi

Bakı və İrəvan birgə ərizə verəcək: Bu qurum buraxılır

Vardanyanın şok “müraciəti” yayıldı: Nələri etiraf edib?

ABŞ sərhədçiləri Ermənistana niyə gəlir? - Minasyan

İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla