Yuxarı

Ermənilərdən yeni itki etirafı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Azərbaycanın Ağdərə rayonun Talış kəndində yaralanan əsgərlərin sayı açıqlanıb.

ANS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, martın 19-da qoşunların təmas xəttində şiddətli atışma zamanı 4 erməni əsgəri ağır yaralanıb. Lakin Ermənistan MN-i yaralıların adlarını açıqlamayıb.

Qeyd edək ki, bir neçə saat bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi cəbhədə 3 əsgərin öldürüldüyü barədə məlumat yaymışdı. Ölən erməni əsgərləri 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır. Lakin Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan isə deyib ki, Ermənistan ordusu 10 itki verib.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, düşmən orduda itkilərin sayı erməni mətbuatında yayılan rəqəmlərdən bir neçə dəfə çoxdur. Belə ki, nazirliyimizin məlumatında bildirilir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

Tarix
2015.03.19 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla