Yuxarı

AzTV-dən 9 işçi niyə qovuldu? – Şok səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV-dən 9 işçi niyə qovuldu? – Şok səbəb

14:21

Son günlər bəzi internet resurslarında Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ünvanına həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və anonim xarakterli məlumatlar yayılır.

Bu barədə Axar.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, bunlardan biri də 9 sürücünün işdən azad edilməsi ilə bağlı yayılan məlumatlardır:

“Məsələyə aydınlıq gətirərək bildiririk ki, həmin sürücülər QSC-dən yanacaq oğurluğu edib və bu, konkret faktlar, avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC bu barədə (8 nəfər barəsində) Səbail Rayon Polis İdarəsinə və (1 nəfər barəsində) Laçın Rayon Məhkəməsinə müraciət göndərib. Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər. Özü də müraciətdə adları çəkilən sürücülərdən biri (red. Məmmədov Anar Vaqif oğlu) təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən yaxalanıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o, həmçinin, digər 8 nəfər yenidən bu əmələ at atıblar. Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvacibinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi QSC bu barədə ictimaiyyətə əlavə açıqlama verəcək”.

Qeyd edək ki, mətbuatda AzTV-nin 9 sürücüsü böhtan atılaraq işdən çıxarıldığı iddiası ilə çıxış edib.

Tarix
2020.05.22 / 15:47
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla