Yuxarı

Məmmədyarov Kuleba və Zalkaliani ilə danışdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Kuleba və Zalkaliani ilə danışdı...

19:13

Mayın 22-də Xarici İşlər naziri Elmar Məmmədyarovun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonu söhbəti baş tutub.

Axar.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək ölkələr arasında xüsusilə iqtisadi və enerji sahəsində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

***

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Xari İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində hər iki ölkə tərəfindən həyata keçirilən tədbirlər üzrə ümumi fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, xüsusilə də hazırkı vəziyyətdə yükdaşımaların genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər də daxil olmaqla, həyata keçirilən əməkdaşlıq məsələlərindən bəhs ediblər.

Nazirlər Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm dostluq münasibətlərini vurğulayaraq, bir-birlərini qarşıdan gələn milli günlər münasibətilə təbrik ediblər.

Tarix
2020.05.22 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla