Yuxarı

Məmmədyarov Daçiçlə müzakirə apardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Daçiçlə müzakirə apardı

Xarici İşlər naziri Elmar Məmmədyarovun Serbiya Baş nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan nazirlər yeni koronavirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər.

Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirilib. Bu xüsusda ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulanıb.

Tərəflər həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə ediblər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılması qeyd olunub.

Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.

Tarix
2020.06.04 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla