Yuxarı

Paşayeva DTX-nın əməliyyatına toxundu: korrupsiya...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının rəyində qeyd olunub ki, 26 dövlət proqramı dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə əks olunmur. Rəydə dövlət proqramları üzrə vəsaitlərin məbləğinin dövlət büdcəsi ilə bağlı məlumatlarda əks etdirilməməsi, həmçinin bu vəsaitlərin icraçı qurum tərəfindən digər istiqamətlərə yönləndirilməsinin son nəticədə proqramla nəzərdə tutulmuş məsələlərin reallaşdırılmasında çətinlik yaratdığı xüsusi vurğulanır. 26 dövlət proqramının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapmamasının səbəbi nədir? Bu məsələyə aydınlıq gətirmək çox vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun lahiyəsinin müzakirəsində çıxış edərkən deyib.

Millət vəkili qeyd edib ki, Hesablama Palatasının rəyində 8 dövlət proqramının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapdığını görürük:

“Əgər 8 dövlət proqramı dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapıbsa, demək, 26 dövlət proqramının da öz əksini tapması çox önəmli olardı və bunun gələcəkdə nəzərə alınmasına çağırırıq. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyət sahəsi ilə bağlıdır. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət abidələrinin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair dövlət proqramı artıq bitmək üzrədir. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində bu sahəyə cavabdeh olan qurumun fəaliyyətində ciddi korrupsiya əməllərini gördük. Ona görə də bütün dövlət proqramlarının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapması çox vacibdir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də ciddi şəkildə öz əksini tapmalıdır”.

Millət vəkili bildirib ki, büdcə layihəsində əksini tapan proqramlardan biri olan “2009-2019-cu illər ərzində Azərbaycan Respublikası Teatrlarının Dövlət Proqramı” da artıq başa çatıb, amma icrasının təhlillərinə dair Hesablama Palatasının rəyində heç bir məlumat yoxdur:

“İnsanlarda bu istiqamətdə sualların yaranmaması üçün görülən işlərin sənədlərdə öz əksini tapması çox vacibdir. Çünki bu sahə ilə də bağlı çox ciddi problemlər və suallar var. Hesablama Palatasının bizə təqdim etdiyi rəydən də göründüyü kimi, bəzi dövlət proqramlarının icrasında həllini tapmayan ciddi problemlər var. Məsələn, 2016-2020-ci illər ərzində hemofiliya ilə bağlı dövlət proqramlarının icrası da baça çatır, lakin qarşıya qoyulan məsələlər həllini tapmayıb. Hemofiliya xəstələri hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Heydər Əliyev Fondu bu istiqamətdə bir çox xüsusi layihələr də həyata keçirib. Amma məlum olur ki, dövlət proqramında xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədilə çox vacib olan artroskopik sinovektopiyanın tətbiqinin həyata keçirilməsi 2019-cu ildə nəzərdə tutulsa da, ümumiyyətlə icra edilməyib. Hər gün onlarla şəkərli diabet xəstəsindən müraciətlər alırıq. Hesablama Palatasının rəyində qeyd olunur ki, 2011-2015-ci ildə dövlət proqramında şəkərli diabet xəstələrinin vahid registrinin və məlumat bazasının yaradılması təmin olunmadığı üçün 2016-2020-ci illər dövlət proqramına keçirilib. Amma 2020-ci ildəyik, nəticələrdə məlum olub ki, hələ də bu məsələnin icrası tam təmin olunmayıb. Biz bu təminat bazasını yarada bilmiriksə, hansı şəffaflıqdan danışa bilərik?

Digər önəmli məsələlərdən biri də Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması ilə bağlı dövlət proqramı ilə bağlıdır. Bu proqram da artıq başa çatmaq üzrədir. Amma Hesablama Palatasının rəyindən görürük ki, reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması hələ də tamamlanmayıb. Dövlət proqramı sona çatır. Əgər biz hələ də vahid elektron sistemi yarada bilməmişiksə, deməli, çox ciddi problemlər var. Bu səbəbdən də bütün proqramların dövlət büdcəsində əksini tapması çox vacibdir”.

Tarix
2020.06.05 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla