Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 İyul 2020


ABŞ-da siyasi zəlzələ davam edir: Trampın aqibəti...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın ölkədə etirazların qarşısını almaq üçün ordudan istifadə etməsi Vaşinqtonun dünyadakı imicinə ciddi ziyan vurdu. İş o yerə çatdı ki, bir çox dünya ölkəsi Trampı və ABŞ rəhbərliyini ölkədə aksiyaçılara qarşı gücdən istifadə etməməyə çağırdı.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ-da davam edən iğtişaşlar və Prezident Donald Trampın gələcəyi haqda danışarkən deyib. O bildirib ki, iğtişaşlar Trampın imicinə ciddi ziyan vurub:

“ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən öldürülməsi ölkədə siyasi zəlzələ effekti doğurub. Hətta etirazlar ölkə miqyasında yayılıb. Hazırkı vəziyyət təkcə bir qaradərili vətəndaşın ölümü ilə əlaqədər deyil, bütövlükdə son illərdə artan qaradərili qətlinə reaksiyadır. Təbii ki, buna qədər ölkədə etnik iğtişaşlar, islamafobiya və s. kimi antidemokratik hallar artmaqda idi. Trampın hakimiyyətə gəlməsi ilə bu proseslərə sanki bir az da təkan verildi. Əslində nə vaxtsa belə bir etirazların olacağı bəlli idi”.

Q.Hüseynlinin sözlərinə görə, Trampın qarşıdan gələn prezident seçkilərində işi çox çətin olacaq:

“ABŞ-da qarşıdan prezident seçkiləri gəlir və mən deyərdim, budəfəki seçkilər olduqca fərqli və maraqlı keçəcək. Çünki son illərdə Trampın Yaxın Şərq, Əfqanıstan və s. regionlarda ABŞ hərbi kontingentini azaltması daxili auditoriyada Trampa “sülh göyərçini” imici formalaşdırmışdı. Hətta Trampın reytinqini kifayət qədər artırmışdı. Lakin təəssüf ki, Tramp bu reytinqini qoruya bilmədi. Təbii ki, burda bəzi daxili və xarici səbəblər də oldu. Birincisi, Trampın İran, Venesuela, Çin kimi ölkələrə qarşı sərt xarici siyasəti ABŞ-ın nüfuzunu zədələdi. Çünki ABŞ vətəndaşlarının gözlədiyi sülh bu deyildi. İkincisi, koronavirus pandemiyasının ABŞ-a sıçraması və Çindən daha çox itkiyə yol açması Vaşinqtona baha başa gəldi. Məsələ ondadır ki, koronavirus ABŞ iqtisadiyyatına çox böyük ziyan vurub. Karantin tədbirləri isə azadlığa öyrəşmiş ABŞ vətəndaşları üçün heç də asan qəbul ediləcək bir vəziyyət deyil. Yəni bugünkü etirazların səbəblərindən biri də məhz dövlətin koronavirusla mübarizədə müsbət nailiyyət əldə edə bilməməsidir. Üçüncüsü, ABŞ hər nə qədər dünyada demokratiyanın bayraqdarı sayılsa da, təəssüf ki, öz ölkəsində dünyanın heç yerində olmayan antidemokratik hallara rast gəlinir. Ölkədə irqi, dini ayrı-seçkilik, etnik qruplar arasında qarşıdurma və s. hallar uzun illərdir mövcuddur. Hazırkı vəziyyətdə ABŞ-da baş verən etirazlar əslində bu və digər problemlərin illərdir davam etməsi, həllini tapmaması ilə bağlıdır. İğitşaşların qarşısı alınmasa, Tramp administrasiyasının sonu gələ bilər”.

Tarix
2020.06.06 / 09:09
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Nazirlik monitorinq keçirdi: 224 obyektdə pozuntu...

Araz Ağalarov şirkətinin itkisindən danışdı

"Fairmont Baku" yalnız onlardan üzr istədi

İlham Əliyev: Niyə pozuntular olanda səsini çıxarmayıb?

Rus muzdluları Sidr limanını niyə ələ keçirdi? - Video

Erməni səfir qəribə məktub ünvanlamışdı... - İlham Əliyev

Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident

130-dan çox ölkə dəstək verdi... - Prezident

Pandemiya dövründə neçə ölkəyə yardım etmişik?

Onlar özləri bu cinayətkarları ifşa ediblər - Prezident

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla