Yuxarı

Zülfüqarov: İrəvanda əsl biabırçılıq yaşanır... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Ermənistanda baş verən siyasi proseslər sözün əsl mənasında biabırçılıqdır. Lakin bundan daha böyük biabırçılıq baş verənlərə beynəlxalq qurumların laqeyd qalmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanda son sutka ərzində Baş nazir Nikol Paşinyan əleyhinə aksiya keçirən 100-dən artıq etirazçının həbs edilməsi, parlamentdəki ikinci ən böyük fraksiyanın sədri, Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyana qarşı siyasi repressiyaları şərh edərkən deyib. O bildirib ki, bu gün sözdə insan haqlarını müdafiə edən qurumların bir çoxu faktiki olaraq müxtəlif siyasi qrupların əlində alətə çevrilib:

“Hazırda Ermənistanda aksiyalara polis müdaxiləsi və zorakılığı, həmçinin siyasi repressiyalar davam edir. Bununla belə, beynəlxalq qurumların bir çoxu susur. Lakin Azərbaycanda adi bir hadisəni bu qurumlar şişirdərək etiraz bildirirlər. Bu və digər hallar sübut edir ki, özünü insan haqları müdafiəçisi adlandıran qurumların bir çoxu Azərbaycana qarşı ikili standartlar tətbiq edir”.

T.Zülfüqarovun sözlərinə görə, müxtəlif reytinq agentlikləri də bənzər çirkin məqsədlərin alətinə çevrilib:
“Onlar da sifariş və tapşırıq əsasında reytinq statistikaları tərtib edirlər. Ona görə də bu gün bu qurumların Ermənistanda baş verənlərə susması, lazımi qiymət verməməsi qeyri-adi bir şey deyil”.

Tarix
2020.06.19 / 09:54
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla