Yuxarı

Başçı müavini həbs edilən oğlundan danışdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab icra başçısının müavini oğlunu cəzalandırıb.

Axar.az-a daxil olan məlumata görə, Allahverdi Səfərov övladı Ceyhunu danlayıb. Onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi xəbərinin ictimailəşməsinə görə rayon icra başçısının da öz müavininə töhmət verdiyi bildirilir.

Xəbərdə qeyd olunur ki, icra başçısı Lütfəli Babayev müavinindən oğlunu tərbiyə etməyi tələb edib.

Hadisə martın 22-si, saat 16.00 radələrində baş verib. Ceyhun Səfərov sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb.

Atası Azvision.az-a deyib ki, oğlu ona bir də spirtli içki içməyəcəyinə söz verib:

"İndi o, cəzasını çəkib azadlığa çıxıb. O, azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etdim. İçkinin ziyanları barədə ona tövsiyələrimi bildirdim. O daha araq içməyəcək".

Tarix
2015.03.31 / 01:30
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla