Yuxarı

Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili

İlk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bəzi rayonlarda su qıtlığı ilə bağlı yaranmış problemin həlli yolları haqda təkliflərini səsləndirərkən deyib.

Millət vəkili bildirib ki, eyni zamanda, Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir:

“Kürün suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Biz özümüzdən asılı olanı etməliyik. Dua edək ki, Allah bizi su ilə sınağa çəkməsin”.

Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına təcili müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir:

“Tələb qısa müddətdə yerinə yetirilməzsə, Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir”.

Tarix
2020.07.02 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla